Banner

Sürücünün dönmə siqnalı verməsi məcburidirmi? – DOĞRU CAVAB

Yarışma 11 May 2016 02:17 Oxunub 2299
Sürücünün dönmə siqnalı verməsi məcburidirmi? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yolayrıcında hərəkətini baş yolla davam etdirmək istəyən sürücünün dönmə siqnalı verməsi məcburidirmi?

A) Məcburi deyil;

B) Digər istiqamətlərdə nəqliyyat vasitələri varsa, məcburidir;

C) Hər bir halda məcburidir.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin I hissəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu qayda sürücünün baş yolla və ya ikinci dərəcəli yolla hərəkət etməsi ilə bağlı deyil. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu yolayrıcında hərəkətini baş yolla davam etdirmək istəyən sürücünün dönmə siqnalı verməsi hər bir halda məcburidir.

Suala ilk və daha ətraflı doğru cavabı Daşqın Hüseynli adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 252 77 07 nömrəsinə zəng etmək xahiş olunur.

"ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından da hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə gəng etmək lazımdır.

Öyrənək, öyrədək!

 

188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh