
Sürücünün dönmə siqnalı verməsi məcburidirmi? - YENİ SUAL

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu yolayrıcında hərəkətini baş yolla davam etdirmək istəyən sürücünün dönmə siqnalı verməsi məcburidirmi?
A) Məcburi deyil;
B) Digər istiqamətlərdə nəqliyyat vasitələri varsa, məcburidir;
C) Hər bir halda məcburidir.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada yazasınız.
Sualın sponsoru 188 evakuasiya və yükdaşıma xidmətidir. Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə 188 evakuasiya və yükdaşıma xidmətindən (055 335 15 59) və "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqları sərgi salonundan (Tel; 055 711 00 85) hədiyyə olunacaq. Amma cavabın təsadüfi olmadığına əmin olmaq üçün cavab izahlı olmalıdır (bir cümlə ilə də olsa olar).
188 haqqında;
Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.
Öyrənək, öyrədək!