Banner

Yolayrıcını düzünə keçmək üçün sürücü nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 28 Mart 2016 18:59 Oxunub 2610
Yolayrıcını düzünə keçmək üçün sürücü nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Svetoforun yanıb-sönən sarı işıq rejimində olduğu bu yolayrıcını düzünə keçmək üçün sürücü nə etməlidir? 

A) Yalnız tramvaya yol verərək hərəkət etməlidir;

B) Yalnız minik avtomobilinə yol verərək hərəkət etməlidir.;

C) Heç kəsə yol vermədən yolayrıcını ilk olaraq keçməlidir;

D) Hər iki nəqliyyat vasitəsinə yol verərək hərəkət etməlidir.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 77-cı maddəsinin I-III hissəslərinə əsasən, nizamlanmayan yolayrıclarında ikinci dərəcəli yolla hərəkət edən tramvay sürücüsü baş yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir, hər ikisi baş yolda olan avtomobil sürücüləri isə eyni əhəmiyyətli yolda olduqlarından sağdan yaxınlaşan avtomobilin sürücüsü üstünlüyə malikdir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Svetoforun yanıb-sönən sarı işıq rejimində olduğu bu yolayrıcını düzünə keçmək üçün sürücü yalnız minik avtomobilinə yol verərək hərəkət etməlidir.

Suala ilk doğru cavabı Rauf adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur. "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqları sərgi salonundan veriləcək hədiyyəni əldə etmək üçün isə 055 711 00 85 nömrəsini zəng edin!

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh