Yolun bu hissəsində at arabasını ötmək olarmı? - DOĞRU CAVAB
Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız ötmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
İkitərəfli (əks istiqamətli) hərəkət olan yolun bu hissəsində at arabasını ötmək olarmı?
A) Qarşıdan gələn nəqliyyat vasitəsi yoxdursa, olar;
B) Heç bir halda olmaz;
C) Yalnız bir at arabasıdırsa (qabaqda gedən başq araba yoxdursa), olar.
Sualın doğru cavabı belədir: "Yol hərəkəti haqqında” Qanunun 49-cг maddəsinin II və III hissəslərini birgə təhlil etdikdə aydın olur ki, üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin ən solunda yerləşən və yalnız əks istiqamətdə hərəkət üçün nəzərdə tutulan zolağa keçməməlidirlər. Həmin sol kənar zolağa ötmək üçün də keçmək qadağandır. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Yolun bu hissəsində at arabasını heç bir halda ötmək olmaz.
Suala ilk və daha ətraflı doğru cavabı Yaşar adlı oxucumuz verib. Onu təbrik edirik. Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 252 77 07 nömrəsinə zəng etmək xahiş olunur. "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqları sərgi salonundan veriləcək hədiyyəni əldə etmək üçün isə 055 711 00 85 nömrəsini zəng edin!
Öyrənək, öyrədək!
188 haqqında;
Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.