Yoxuşun sonuna yaxın ötmə manevri etmək olarmı? - DOĞRU CAVAB
Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır.
Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız ötmə manevri ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu yolda yoxuşun sonuna yaxın ötmə manevri etmək olarmı?
A) Ötməni yoxuşun sonunadək tam başa çatdırmaq olacaqsa, olar;
B) Olmaz;
C) Ötmənin harada başa çatmasından asılı olmayaraq olar.
Sualın doğru cavabı belədir: Şəkildə 3 hərəkət zolağı olan yol verilir və bu hərəkət zolaqlarından ikisində eyni, üçüncüdə isə əksinə istiqamətdə hərəkət var. Göstərilən vəziyyətdə ötmə manevri üçün eyni istiqamətdə hərəkət zolağından istifadə olunacaq. “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin V hissəsinin 5-ci bəndi isə yoxuşun sonunda əks istiqamətdə hərəkət olan zolağa çıxmaqla ötməni qadağan edir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Ötmənin harada başa çatmasından asılı olmayaraq ötmə manevri etmək olar.
Suala ilk doğru cavabı Zahi adlı oxucumuz verib. Onu təbrik edirik.
Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 252 77 07 nömrəsinə zəng etmək xahiş olunur.
"ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından da hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə gəng etmək lazımdır.
188 haqqında;
Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.
Öyrənək, öyrədək!