7 nəfərlik ailəni məhv edən qəzanın təfərrüatı: Qonaq gedirmişlər

Lənkəranda bir ailənin 7 üzvünün öldüyü qəzanın təfərrüatı məlum olub. Ləj kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, qəzada ölənlər yaxın qohumlarının evinə qonaq gedirmiş: "Bunlar böyük bir nəsildir. Qəzada ölən Aslanov Fikrətlə Aslanov Namiq qardaşdırlar. Vəsmə Aslanova isə onların anasıdır. Mərziyyə Aslanova Fikrət Aslanovun həyat yoldaşıdır. Qəzada digər ikinci ailə isə Faiq Aslanov, onun onun 7 yaşlı oğlu Ülvi və anası Gülxanım Aslanovadır. Bunların hamısı bir maşında qohumlarının evinə qonaq gedirmişlər... Böyük faciədir. Kənd ahalisi şokdadır. Bilmirik ki, kimin qapısını döyək, kimə təsəlli verək. Dəhşətdir! Dünən hamısı dəfn olundu...”.
Kənd sakinləri onu da bildirdilər ki, Namiq və Fikrət Aslanovların Natiq adlı bir qardaşları da şəhid olub və hazırda Ləj kənd məktəbi də elə Natiq Aslanovun adını daşıyır.
Qeyd edək ki, martın 31-də Lənkəranda ağır yol qəzası baş verib. Qəza nəticəsində rayonun Ləj kəndinin bir ailənin üzvü olan 7 sakini həlak olub.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












