Absurd qərarlar ictimai nəqliyyata zərər vurur - FOTO

Bura Hüseyn Cavid prospektinin və Haqverdiyev küçəsinin kəsişməsidir. Avtosfer.az xəbər verir ki, şəhərin bir çox yerində olduğu kimi burada sol döngə qadağandır, yəni Haqverdiyev küçəsi ilə sola yəni Mətbuat prospekti tərəfə getmək istəyənlər sağa dönür, daha bir yol ayrıcını keçir və İnşaatçılar propektinin yaxınlığında geridə dönmə edir və Mətbuat prospekti istiqamətində gedir. Şəxsi minik avtomobilləri üçün bu normal hal ola bilər, lakin ictimai nəqliyyat üçün yol verilməz bir haldır.

Məsələn 18 nömrəli avtobus əvvəllər bu yol ayrıcını belə keçirdi.
İndi isə hansısa yanlış və zərər qərara görə bu yolu belə keçməli olur.
Geriyə dönmə yeri də çox maraqlıdır: 12 metrlik avtobus qoşa xətt üzərdə təşkil olunmuş geriyədönmə yerindən inanılmaz manevr edir.

Qeyd edim ki, bu əməliyyatı etmək üçün avtobus 800 metr artıq yürüş edir və ən azından bir dəfə svetoforda dayanır. Gün ərzində 18 nömrəli avtobuslar yüzlərcə kilometr heç kimin xeyrinə olmayan artıq yürüş edir. Bu qərar marşrut istismarı xərclərinu süni şəkildə artırır, sərnişinlərin səfərini uzadır, artıq yanacaq yandırmaqla ekologiyaya zərər verir. İctimai nəqliyyata əsl prioritet verilən şəhərlərdə bəzi kəsişmələrdə son döngə qadağan olsa da avtobuslar üçün istisnalar edilir, əslində Bakıda da belə olub.

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












