“Akkord”un ən bahali yol korrupsiyasi: 70 il zəmanət verilmişdi – FOTO/VİDEO

Avropada 600 milyon dollarlıq yol salınsaydı, ya qızıldan olardı, ya da qarşıdakı 100 ildə bir qarışı da çat verməzdi. Yəni, indiki məzənnə ilə götürsək, 1 milyarda başa gələn yolun elə 1 əsr də istismar müddəti olardı. Ancaq bizdə?
Qafqazın lider ölkəsinin yolu
Bakıdan Xızıya gedəndə 600 milyon dollarlıq yolda avtomobilimi sürürdüm. İnsan özünü necə də xoşbəxt hiss edir?! Qafqazın lider dövlətinin 600 milyon dollarlıq yolunda gedirsən…
Ancaq bu yolu getmək “cəhənnəmə gedən özünə yoldaş axtarır” misalına uyğundur. Şimala doğru gedən istiqamətdə yol “toya getməlidir”.
Quba-Bakı beton yolu isə tamamilə dağılıb. Yolun dağılmasının səbəbkarı iritonnajlı yük maşınlardır. Amma “Akkord” 600 milyon dollarlıq beton yolu tikərkən asfaltın qatını o qədər nazik edib ki, nə yük maşını, heç minik maşına da çox davam gətirməyəcəkdi. Çünki “Akkord”un yol korrupsiyası Bakı-Quba yolunu yük maşınlarından qabaq “dağıtmışdı”. Yolun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib.
Ekspertlərin fikrincə, yollarda yaranan problemlər işi görən podratçı şirkətin günahı ucbatından ola bilər. Dövlət vəsaitinin keyfiyyətsiz, düzgün olmayan şəkildə, texnoloji əsasları olmadan xərclənməsinə görə “Akkord” məsuliyyət daşıyır.
70 il zəmanət verilmişdi…
Hazırda Qubadan Bakıya gələn istiqamətdə hərəkət məhdudlaşdırılıb, texnika yeridilib, beton yol təkrar salınır, genişləndirilir. Gördüyümüz ondan ibarət idi ki, bu yola təkrar pul xərcləyib beton yolu düzəldirlər. Giləziyə qədər yolda işlər davam edir. 2013-cü ildən bəri tez-tez çökən yolun 134,5 kilometri “Akkord” Şirkətlər Qrupunun təşəbbüsü ilə betondan inşa edilmişdi.
Yol istifadəyə veriləndə Nəqliyyat Nazirliyi bu yolun 70 il davamlı olacağı barədə bəyanat yaymışdı. Çünki yol əməlli-başlı xərc aparmışdı. Açılışdan bir il sonra “AKKORD”un inşa etdiyi bu yolda iri çatlar əmələ gəldi. Bəziləri yolun çökəcəyini proqnozlaşdırsalar da, rəsmi qurumlar və tikintini həyata keçirən “AKKORD” yolda heç bir problemin olmadığını dedilər. Nəqliyyat Nazirliyi beton plitələrdə əmələ gələn çatları adi bir yoldakı çatlar kimi qiymətləndirdi. Amma hadisədən bir neçə ay sonra yol qəfil çökməyə başladı. Çökmələr əsasən yolun Bakı-Sumqayıt istiqamətində başlandı. Təsəvvür edin ki, Qafqazda ən baha qiymətə başa gələn, dünyanın ən bahalı yolları sırasında adı çəkilən Bakı-Quba-Rusiya yolu bu gün dünyanın ən sonuncu məhəllə yolunu xatırladır. Bu yola ayrılan vəsaitin naməlum şəraitdə yoxa çıxması yoldakı vəziyyətdən açıq-aydın bilinir.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?












