"Avtobus zolaqlarına digər maşınların girişinə saat 10-dan 17-dək icazə verilə bilər" - Ekspert

Bir müddən öncə Bakıdan Sumqayıt şəhəri istiqamətinə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolaqları təşkil edilib. Lakin avtobus zolağına daimi giriş qadağası yolda tıxacın artmasına və sürücülərin ciddi narazılığına səbəb olduğundan, artıq AYNA həmin yolla bağlı qərarını dəyişib. Beləliklə, həmin zolaqlara saat 23:00-dan 07:00-a qədər daxil olmaq qadağan deyil.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu addım bir çox avtobus zolaqlarında lazımdır:
"Hətta 19:00 - 22:00 və ya 19:00 - 23:00 deyil, günün bəzi saatlarında zolaqlarda hərəkətə imkan vermək lazımdır ki, nəqliyyat axını şişməsin və problemli həddə çatmasın, beləliklə pik saatlarda vəziyyəti tənzimləmək mümkün olsun. Yəni buna ehtiyac görürəm. Ancaq Bakı-Sumqayıt yolunda artıq bu mexanizm tətbiq olunub. Mən düşünürəm ki, gündüz müəyyən saatlarda nəqliyyatın buraxıcılıq qabiliyyətini artırmaq üçün müəyyən addımlar atıla bilər. Məsələn, səhər saat 7-dən 10-a kimi saplanma baş verirsə, zolağa giriş qadağan oluna bilər, amma saat 10:00-dan 17:00-dək icazə verilə bilər. Çünki Bakı-Sumqayıt yolunda əsas problem 17:00 və 21:00 saatları arasında başlayır. Məsələn, axşam 5-dən 10-a kimi qadağa qoyula bilər. Bax, bu cür vasitələrlə yoxlama aparmaq olar. Bəlkə əks təsir verə bilər, amma test edib qərar qəbul etmək daha yaxşı olar"./redaktor.az
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











