Avtomobili qarət olunan yerli məşhurlar – FOTO + VİDEO

Son günlər avtomobil cinayətlərinin sayı artmaqdadır. Bundan əziyyət çəkənlər sırasında yerli məşhurların da adları var. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu hadisələrdə onlara fiziki ziyan dəyməsə də, maddi olaraq zərərə uğrayıblar.
İTV-nin aparıcısı Saleh Bağırov da zərərə uğrayanlardan biridir. O, başına gələn hadisəni belə nəql edib:
“İşdən çıxıb maşına oturmaq istəyəndə, gördüm ki, maşının şüşələri sındırılıb, içi pis günə qoyulub. Əl çantam da götürülmüşdü. Günün günorta çağı belə hadisənin baş verməsi məni təəccübləndirdi. Polisə xəbər verdim.
Əməliyyat qrupu gəldi, iki saatın içində həmin adamı tutub gətirdilər. Adam da narkomanın biri. Dedi ki, elə bildim içində pul var, ona görə çantanı oğurladım. Çantanı yaxınlıqdakı zibil qutusuna atdığını dedi, ancaq polislər nə qədər axtardı, tapa bilmədilər.
İçində ətirlərim, şəxsi əşyalarım, vacib sənədlərim vardı. Onları istəmirəm, heç olmasa sənədlərim tapılsın”.
Məlumat üçün bildirək ki, Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşlarının araşdırması zamanı onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Zərərçəkənlərdən biri də Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevdir. Mart ayında onun da avtomobilinə hücum edərək şüşəsini sındırıblar və ona məxsus bir neçə əşyanı oğurlayıblar.
Digər ziyana uğrayan məşhur isə “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovadır. Yaxın günlərdə baş verən hadisə zamanı müğənninin iki min manat pulunu oğurlayıblar.
“Ayın 7-si, gecə saat 02:00-də studiyadan evə gəldim. Həmişəki yerdə maşınımı saxladım. Bundan öncə də avtomobilimdə dəfələrlə pul saxlamışam. Heç bir şey olmayıb.
Saat 09:00-da həmin iki min manat pulu başqasına verməli idim. İnanmırdım ki, yeddi saat ərzində bu pulu oğurlayarlar. Dünən saat 08:00-də bizə dedilər ki, avtomobilin sağ şüşəsini sındırıblar.
Aparılan təkcə pul deyil. Avtomobilin içindən bahalı parfüm, üç ədəd eynək də götürüblər”, - deyə Dilarə bildirib.
Məşhur teleaparıcı Samir Bayramlı da avtomobilinə hücum olunan məşhurlardandır. Onun maşının şüşələri sındırılsa da, içərisindən heç nə oğurlanmamışdı.
Avtomobilinə hücum olunub, xeyli ziyana salınanlardan biri də aktyor Fərda Xudaverdiyevdir.
ATV-də yayımlanan “Laləli saray” serialının əsas qəhrəmanlarından biri olan Nərgiz Əliyeva da zərərçəkənlər sırasındadır.
Ötən il onun da avtomobilinə bir qrup şəxs hücum edib.
N.Əliyevanın “Jeep Wrangler” markalı avtomobilinin şüşələri sındırılaraq, içərisindən dəyərli əşyalar və pul oğurlanıb. O, dörd min manatdan artıq ziyana düşdüyünü qeyd edib:
“Hadisə “Beşmərtəbə” tərəfdə, evimin yaxınlığındakı gözəllik salonunun qarşısında baş verib. Bu ayın 6-sı, axşam saatlarında naməlum şəxslər maşınıma hücum edib.
1500 dollarlıq (2550 AZN) çantam, 1000 manatlıq ayaqqabım və çantamın içərisində olan 550 AZN götürülüb”.
Jurnalist Tahirə Məmmədqızının da avtomobili bir müddət öncə qarət edilib. Hücuma məruz qalan avtomobilin pəncərələri sındırılıb və jurnalistə aid əşyalar maşından oğurlanıb.
Qeyd edək ki, məşhurlara qarşı olan bu cinayət hadisələrinin qəsdən, yaxud bilməyərəkdən törədildiyi isə məlum deyil.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











