Avtomobilin ada keçirilməsi ASAN Xidmət-də həyata keçirilə bilər - Ekspert

Azərbaycanda avtomobillərin qeydiyyatı, xüsusən də təkrar qeydiyyatı zamanı neqativ hallar baş verməsi heç kimə sirr deyil. Bu məsələdə rüşvət amili çoxlarını narazı salır. Avtomobil alan şəxs onu Dövlət Yol Polisində öz adına keçirmək üçün maksimum 50-60 manat xərcləməli olduğu halda, 200-300 manat ziyana düşür. Bəzi ictimaiyyət nümayəndləri vəziyyəti nəzərə alaraq, avtomobillərin qeydiyyatının ASAN Xidmət-ə verilməsini təklif ediblər. Əgər bu baş versə, narazılıqlar aradan qalxarmı?
Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri hüquqşünas Ərşad Hüseynov deyib ki, avtomobillərin qeydiyyatı, xüsusilə də təkrar qeydiyyatı dünyanın bir sıra ölkələrində internetlə gerçəkləşdirlir. “Təkrar qeydiyyat üçün dövlət orqanına yaxınlaşmağa, avtomobili ora aparmağa ehtiyac olmur. Avtomobil alan və satan şəxslər sənədlərini internet vasitəsi ilə qeydiyyat şöbəsinə göndərir. Sənəd tez bir zamanda hazır olur”.
Ə.Hüseynov deyib ki, ASAN Xidmət onsuz da müxtəlif dövlət orqanları adından fəaliyyət göstərir. “Bir çox xidmətlər kimi avtomobillərin təkrar qeydiyyatını da ASAN Xidmət aparsa, bu çox yaxşı olar. Ümumiyyətlə, sənədləşdirməni sadələşdirmək üçün qanunvericiliyə dəyişiklik etmək lazımdı. Qanunvericilikdə göstərilir ki, avtomobillərin təkrar qeydiyyatı zamanı imtahan-qeydiyyat söbələrinə gedilməlidir. Bu mexanizmi dəyişmək lazımdır. Elə etmək lazımdır ki, vətəndaşlar hansısa neqativ hallarla qarşılaşmasın. Qeydiyyat üçün rüsümları ödəyib sənədləri təqdim edəndən sonra qeydiyyat prosesi tez bir zamanda yekunlaşmalıdır. Sürücülük vəsiqəsinin dəyişdirilməsi kimi avtomobillərin təkrar qeydiyyatı da ASAN Xidmət-ə verilsə, bu sahədə olan problemlər həll olar. Belə olan halda müraciət edənlərin sayı da artar”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










