Avtomobilinizə qaz avadanlıqları quraşdıranlar diqqətli olun! - VİDEO

Hava limanı yolu ilə hərəkət edən avtomobil qəfil yanmağa başlayır. Çox keçmir ki, ardıcıl bir neçə partlayış səsləri eşidilir Hadisəni lentə alan şəxs isə həmin avtomobilin qazla işlədiyini iddia edir. Çox keçmir ki, alov avtomobili cənginə alır və maşın tamamilə yanmağa başlayır. Hadisə dünən axşam saatlarınad baş verib. Bu fakt bir daha qazla işləyən avtomobillərin təhlükəli olub-olmaması məsələsini gündəmə gətirir.
Mütəxəssislər isə bildirirlər ki, belə yanğınların baş verməsinin başlıca səbəblərindən biri avtomobillərə qaz avadanlıqlarının kustar üsulla quraşdırılmasıdır. qaz balonları avtomobillərə qeyri-peşəkar quraşdırılan zaman təhlükəsizlik məsələlərinə ciddi nəzarət edilmir.
Mütəxəssis Tural Bağbanlı deyir ki, qaz balonları avtomobillərə quraşdırılan zaman mütləq təhlükəli hallarda yaranacaq partlayışların qarşısını almaq üçün qaz kəsicilər də əlavə edilməlidir.
Tural Bağbanlı deyir ki, balonlarını tam şəkildə qazla doldurmaq da təhlükəlidir. Bu təhlükənin qarşısını almaq üçün mütləq həmin balonun içərisinə digər əlavə bir avadanlıq da qoyulmalıdır
Bundan başqa, qazla işləyən avtomobillərdə yanğın və digər xoşagəlməz halların baş verməməsi üçün mütləq qazı sistemə ötürən borular da keyfiyyətli olmalıdır. Əks halda həmin borular vaxtından tez sıradan çıxa və avtomobilinizə ziyan dəyə bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












