AZAL borc içində batır, Əsgərovların biznesi çiçəklənir: 31 milyon dollarlıq otel...

"Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Qəmzəyevanın Batumidə ümumi dəyəri 31 milyon dollar olan 100 otaqlı otel binası tikdirməsi barədə yayılan məlumatlar Azərbaycanda birmənalı qarşılanmayıb. Avtosfer.az azpolitika.info-ya istinadən xəbər verir ki, yerli mediada dərc olunan məlumatlara görə isə, Cahangir Əsgərovun prezidenti olduğu AZAL şirkətinin zərəri 1 milyard manatı keçib. İqtisadçı Qubad İbadoğlu özünü sonuncu "Facebook” statuslarından birində diqqəti bu təzada yönəldib: "Gürcüstanın "NewsGeorgia” saytının yaydığı məlumata görə, AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ailəsinə məxsus beşulduzlu "Qrand Qloriya” mehmanxanasının dəyəri 31 milyon dollardır. "Qloriya” şirkətinin 50,8% payı "AZAL” prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Z.Həmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovalara məxsusdur.
2016-cı ilin yazında maliyyə naziri Samir Şərifovun parlamentdə verdiyi açıqlamaya görə, AZAL-ın xarici borcu 650 milyon dolları ötüb. Həmin zamandan indiyədək, AZAL borclarını artırır. Ehtimal olunur ki, hazırda AZAL-ın borcu 1 milyard dollara çatır. AZAL-ın xarici öhdəliklərinin əksəriyyətinin zəmanəti dövlət tərəfindən verilib. Digər dövlət şirkətləri ilə yanaşı AZAL da xarici valyuta ilə olan borc öhdəliklərini icra etməkdə çətinlik çəkir. Borc vəsaitini AZAL-ın xərcləməsinə baxmayaraq, onun çox hissəsi dövlət büdcəsindən ödənilir. Bu isə dövlət büdcəsindən xarici borcların ödənməsi üçün ayrılmış vəsaitlərin ildən ilə sürətlə artmasına səbəb olur. Belə ki, 2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üçün 2 milyard 262 milyon manatdan çox vəsait nəzərdə tutulub”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










