Azərbaycanda utilizasiyaya maraq nə qədərdir? – AÇIQLAMA - VİDEO

Azərbaycana avtomobil idxalı artmaqda davam edir.
Avtosfer.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il ölkəyə idxal olunan avtomobillərin sayı 23,8 faiz artıb. İdxalın artması avtomobil parkının yenilənməsi ilə nəticələnsə də, ölkədə hələ də istismar müddəti başa çatmış kifayət qədər nəqliyyat vasitəsi var.
Ekspertlər hesab edirlər ki, utilizasiya prosesinə maraq nə qədər çox olarsa, ölkənin avtomobil parkı da bir o qədər sürətli yenilənər. Lakin prosesin əksinə cərəyan etməsi sadəcə Azərbaycanda avtomobil sayının normadan çox artımına səbəb olar. Bu isə həm ekoloji, həm də tıxac kimi əlavə problemlərlə nəticələnə bilər.
"Təmiz şəhər" ASC-nin nəlqiyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov bildirib ki, sürücülürdə utilizasiya prosesinə maraq yaratmaq üçün bölgələrdə də məntəqələrin açılması istiqamətində işlər aparılır. Hazırda isə prosesə cəlb olunan nəqliyyat vasitələrinin sayında hər ay artım müşahidə edilir.
Mirzə Laçınov onu da qeyd edib ki, əvvəl vətəndaşlar istismar müddəti başa çatmış avtomobili verib ödəniş almaqda daha maraqlı idilər. Lakin, indi yeni avtomobil almaq üçün güzəştlərdən yararlananlar da artıb.
Daha ətraflı videomaterialda.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












