“Azpetrol”dan açıqlama – 68 litrlik çənə 75 litr benzin vurmaq olar

Dünən sosial şəbəkələrdə yayılan videoya “Azpetrol” şirkətindən cavab verilib. Avtosfer.az saytının yaydığı həmin videoda sürücü 68 litr tutumu olan yanacaq çəninə 75 litr benzin vurulmasına etiraz edirdi. “Azpetrol”dan Avtosfer.az-a göndərilən açıqlamanı olduğu kimi təqdim edirik:
“15.07.2018 il tarixində “Azpetrol”un “Spartak YDM”- də BNW markalı avtomobilin sahibi operatora yanacaq çəninin tam doldurulmasını sifariş edib. Operator tərəfindən müştərinin avtomobilinə 75 litr yanacaq vurulub. Belə olan halda müştəri: “maşınımın yanacaq çəni 68 litr tutduğu halda, necə olur ki, çənə 75 litr yanacaq vurulur” - deyə şikayətlənib. Müştərinin şikayəti Şirkətin səlahiyyətli nümayəndələri tərəfindən dərhal araşdırılıb və müştəriyə bu barədə geniş açıqlama verilib. Belə ki, bir daha istehlakçıların nəzərinə çatdırırıq ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurulmasını sifariş edərkən həmin ölçüdən (xəttdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi dolmasını istəyir. Mütəxəssislərin fikrincə, bu da avtomobilin markasından asılı olaraq yanacaq çəninin normadan (10-15%) artıq yanacaq tutmasına səbəb olur. Məsələn, xarici avtomobillərinin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Bu kimi məlumatlara müxtəlif saytlarda da rast gəlmək mümkündür. Məsələn, http://www.ptk.ru/node/108357; http://autoportal.ua/articles/chtobudetesli/26832.html; https://www.autocentre.ua/opyt/toplivo/skolko-topliva-pomeshhaetsya-v-bak-394300.html; və s.
Orxan
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










