Bakı sakinlərinə ŞAD XƏBƏR: Yaxın vaxtlarda tramvaylarda gəzə biləcəksiniz

Bakıda ilk tramvay xətti 1889-cu ildə fəaliyyətə başlayıb və 2004-cü ilə qədər şəhər sakinlərinə xidmət göstərib. Lakin artan avtomobil sıxlığı və infrastrukturun köhnəlməsi səbəbindən tramvay sistemi ləğv edilib.
Bəs görəsən, şəhərin nəqliyyat strategiyasında tramvayların yenidən tətbiqi nəzərdə tutulurmu?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov "Konkret.az"a açıqlamasında bildirib ki, Bakıda tramvayların yenidən istifadəyə verilməsi nəzərdə tutulur.

“Bu, 2025–2030-cu illəri əhatə edən “Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturu üzrə Dövlət Proqramı”nda da əksini tapıb. Hazırda tramvayların hansı üslubda və texnologiyada olacağı ilə bağlı layihələndirmə mərhələsi aparılır”.
Ekspert qeyd edir ki, tramvay xətlərindən biri Mehdiabad və Binəqədi ərazilərindən keçərək paytaxtın mərkəzinə, “28 May” metrosu ətrafına qədər uzanacaq. Ümumilikdə iki marşrutun yaradılması nəzərdə tutulur.
“Zaman keçdikcə nəqliyyat texnologiyaları da dəyişir. Müasir dövrdə müxtəlif növ tramvay sistemləri mövcuddur: relsli, relssiz, sensorlu və digər innovativ modellər var. Bakı şəhərinin infrastrukturuna və tələbatına uyğun olan ən optimal versiya seçilərək layihələndiriləcək. Daha sonra isə bu layihənin icrası və tramvayların təşkili ilə bağlı konkret işlərə başlanacaq”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












