Bakıda taksi sürücüsü turistin başına oyun açdı: Qapını bağlayıb... - FOTO

Paytaxtda fəaliyyət göstərən taksi sürücüləri “fərqlənib”. Belə ki, Baku Taksi daşıyıcı şirkətə məxsus və "badımcan taksiləri" kimi tanınan taksilərin sürücülərindən biri çinli turistən gediş haqqının 300 faizini istəyib. Bu barədə çinli turist Eason Janq sosial şəbəkədəki səhifəsində yazıb. “Bakıdakı bu taksi üçün ayıb olsun. Mən “Port Baku”dan Gənclikdəki Abu Arenaya getmək istəmişəm. O, taksometri işə salmayıb, qapıları bağlayıb və məndən 15 manat pul istəyib. Gediş haqqı isə maksimum 5 manat, 189 taksi xidməti ilə hətta 4 manatdır. Sürücü mənə dedi ki, ürəyin istəyirsə lap polisə zəng vur. Yəni, mən 15 manat ödəməsən məni taksidən buraxan deyil”.

Vəkil dostuna zəng vuran çinli turist polisə zəng vurmağa xahiş. edib. Bunu görən taksi sürücüsü istədiyi məbləği dərhal 10, sonra isə 8 manata endirib. “Sonda mən 8 manat ödədim və taksini tərk etdim. Lakin bu Formula-1 vaxtı çox pis təcrübə oldu,” - deyə turist bildirib.

Məsələni aydınlaşdırmaq üçün daşıyıcının özü ilə əlaqə saxlamağa çalışdıq. “Baku Taksi”nin səhifəsində göstərilən nömrələr üzrə telefona nəinki cavab verdilər, nömrələrin biri ümumiyyətlə şəhər sakininin ev nömrəsi olub. Əvəzində isə daha bir şikayətçinin rəyinə rast gəldik. “Qız qalasının yanından Bayıl İnn-ə gedirdim. Sürücü 27.57 AZN-ə çek verdi amma gediş haqqının 12 manat olduğunu dedi. Səs-küy saldım və 10 AZN ödədim. Amma saytınızda həmin yolu 2 manata getmək olduğu qeyd olunub.”

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən baku.ws-ə bildirdilər ki, bu məsələ ilə bağlı məlumat daxil olub və bununla bağlı müvafiq araşdırma aparılır. Qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, ümumilikdə isə Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyətində nizam intizamın yaradılmasını hədəfləyib. “Məqsədimiz bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaq şəhərimizin müasir simasına uyğunlaşdırmaqdır. Bununla bağlı Beynəlxalq praktika öyrənilməklə konsepsiya hazırlanıb. Bu konsepsiyada taksi xidməti ilə bağlı bir çox vacib məqamlarla öz əksini tapıb. İstər nəqliyyat vasitələrinə olan tələblər olsun İstər sürücülərin peşəkarlığı ilə bağlı məsələlər olsun“.
Qeyd edək ki, ötən ay nazillər kabinetinin iclası zamanı ölkə başçısı İlham Əliyev əcnəbi turistlərin Azərbaycana səfərləri zamanı qanunsuzluqlarla üzləşdiyini bildirmişdi. Onun sözlərinə görə, Azərbaycan hər bir turizm potensialı olan ölkə kimi çalışır ki, turistləri cəlb eləsin, onlar üçün şərait yaradsın lakin turistlərin üzləşdiyi neqativ hallar ancaq ölkənin imicinə zərər vurur.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










