Bakıda toy karvanında təhlükəli hərəkətlər - VİDEO

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, toy karvanlarında hələ də qaydaları kobudcasına pozan sürücülər var. Avtosfer.az xəbər verir ki, bununla bağlı qeydə alınmış yeni görüntüdə sürücü gah sağa, gah da sola doğru hərəkət edərək, avtomobili iki təkər üstündə idarə etmək istəyir. Görüntülər Bakıda, Nərimanov rayonu Ziya Bünyadov prospektində bir toy karvanında çəkilib. Həmin şəxsin avtomobillə təhlükəli hərəkətlərini görən bir sürücü dərhal onu çəkərək “Xəzər xəbər”in votsap nömrəsinə göndərib. Kadrlardan aydın görünür ki, sürücü toy karvanında bəy-gəlin avtomobilindən öndə gedərək, "məharətini" göstərir. Amma onun bu hərəkəti digər nəqliyyat vasitələri üçün olduqca təhlükə yaradır. Görüntüləri izləyən sürücülər toy karvanlarında bu cür təhlükəli hərəkətlər edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsini təklif edirlər. Belə məsələlərdə toy sahibləri də diqqətli olmalıdır. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, xüsusilə paytaxt ərazisində toy karvanlarında 4-5 avtomobil iştirak etməlidir və maşınlarda da orta yaşlı sürücülər olsa, daha yaxşı olar. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildiriblər ki, əgər həqiqətən də sürücünün əməlində qayda pozuntusu varsa, o, xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək məsuliyyətə cəlb ediləcək.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










