Bakıda yenə tıxaclar başlayacaq – Ekspert çıxış yolu GÖSTƏRDİ

Azərbaycanda məktəblərin açılmasına çox az vaxt qalıb. Hamıya məlumdur ki, məktəblər açılandan sonra yollarda avtomobil sıxlığı olur. Həm yay istirahətindən gələnlərin şəhərə qayıtması, həm də övladlarını məktəbə aparan valideynlərin fərdi nəqliyyat vasitələri ilə yollara çıxması tıxaclara səbəb olur. Bəs görəsən bu tıxacların qarşısının alınması üçün nələr edilməlidir?
Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, nəqliyyatın rahat hərəkətini qaydasına salmaq təkcə məktəblər açılanda yada düşməməlidir. “Bu, kompleks tədbirlərdir, hər zaman həyata keçirilməlidir. Təkmilləşdirmə işləri aparılmalıdır. Tıxacların qarşısını almaq üçün bir neçə istiqamətdə iş görülməlidir. Birinci istiqamət odur ki, şəhərin bütün küçələrində, prospektlərində rahat hərəkət üçün bütün maneələr aradan qaldırılmalıdır. Bəzi küçələr var ki, həmin küçələrdə tikinki gedir və ya binalar yola maneə yaradır. İmkan daxilində elə etmək lazımdır ki, alternativ küçələr, yollar olsun.
İkinci istiqamət odur ki, şəhərdə qanunsuz parklanmalarla mübarizə aparılmalıdır. Yol hərəkəti elə təşkil olunmalıdır ki, dayanma-durma, parklanma ilə bağlı anlaşılmazlıqlar qalmasın. Dayanma-durma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunmalıdır.
Üçüncüsü və ən vacib istiqamət ictimai nəqliyyatdır. Dünyanın inkişaf eləmiş ölkələrinin istənilən birinin təcrübəsinə baxsaq görərik ki, orada nəqliyyat problemlərinin həllində əsas məsələ insanlara keyfiyyətli, təhlükəsiz ictimai nəqliyyatın verilməsidir. Elə olan halda şəhər sakinləri görür ki, harasa avtomobillə gedəndə parklanma və ya başqa problem yaranacaq. Azərbaycanda da ictimai nəqliyyat yaxşılaşdırılmalıdır. Şəhərin müxtəlif istiqamətlərində, şəhərdən çıxışlarda ictimai nəqliyyat şəbəkəsi elə qurulmaldır ki, insanlar məmnuniyyətlə fərdi nəqliyyatlarını qoyub ictimai nəqliyyata keçsinlər.
Ekspert deyib ki, Azərbaycanda, xüsusilə də Bakıda ənənəvi olaraq dərs açılanda valideynlər övladlarını məktəblərə fərdi avtomobilləri ilə gətirirlər.“Bu da küçələrdə tıxacların yaranmasına səbəb olur. Bunun qarşını almaq üçün məktəblərdə şagirdlərin yerləşdirilməsinə diqqət etmək lazımdır. Uşaqlar imkan daxilində yaşadıqları ərazidə olan məktəblərə getsinlər. Belə məktəblərə gedəndə nəqliyyata ehtiyac olmur. O məktəblər ki, fərqli təhsil verir, liseydir, ödənişlidir, onlardan tələb etmək lazımdır ki, əgər müstəqil maliyyə məbləği varsa məktəb avtobusları yaratsınlar, təşkil etsinlər. Bu istiqamətlərdə işlər getməlidir”.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











