Bakıda yolları xüsusi texnikalar süpürəcək – DYP və BNA təklif verib

“Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisindəki yolların təmizlənməsi, süpürlmısi zamanı xüsusi texnikalardan istifadə edilməsi ilə bağlı təkliflər verib. Bu təkliflər hələ ötən il Bakı Nəqliyyat Agentliyinə göndərilib”. Avtosfer.az xəbər verir ki, bu barədə Suraxanı rayon İcra Hakimiyyətində kommunal təsərrüfat işçilərinə xüsusi işıqqaytarıcı elementləri olan jiletlərin paylanılması mərasimində çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkili şöbəsinin rəisi, polkovnik-leytenant Eyvaz Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, söhbət yüksək sürət tətbiq olunan yolların təmizlənməsindən gedir: “Son vaxtlar süpürgəçi qadınların avtomobillərlə vurulması halları yüksək sürətli yollarda baş verir. Təklif etmişik ki, həmin yolların süpürülməsini, təmizlənməsini xüsusi texnikalar vasitəsilə həyata keçirsinlər. Bununla həm qəzaların qarşısı alınmış olar, həm də kommunal təsərrüfat işçilərinin təhlükəsizliyi təmin edilər”.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) 15 noyabr 2016-cı il tarixində küçələrin təmizənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə Nazirlər Kabinetinə (NK) ünvanlandığı təkliflər hökumətdə qəbul edilib. Artıq NK bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb. Qeyd edək ki, müraciətdə yol işləri və yolların təmizlənməsi, süpürülməsi həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması, o cümlədən sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifədə edilməsinə dair məsələlər öz əksini tapıb.
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












