Bakıda yüzlərlə insanı narazı salan problem - "Milli ön" aparatları işləmir

Bakı şəhəri Moskva prospektində (“Şamaxinka” kimi tanınan ərazi, üzü mərkəzə doğru) yerləşən dayanacaqdakı “Milli ön” aparatlarının işləməməsi adi hal alıb. Lent.az xəbər verir ki, sərnişin axınının çox olduğu ərazidəki aparatların sıradan çıxması ilə bağlı mətbuatda dəfələrlə yazılsa da, bu gün eyni problem növbəti dəfə yaşanıb. Belə ki, rayonlardan, Sumqayıtdan, Xırdalandan və digər böyük qəsəbələrdən şəhərə gələn yüzlərlə insan aparatların işləməməsi səbəbindən kartlarına gediş haqqı yükləyə bilməyib. Nəticədə ərazidə böyük insan kütləsi yaranıb, həmçinin nəqliyyatın hərəkətində çətinliklər ortaya çıxıb.
Şikayətçilər bildiriblər ki, dayanacaqdakı 3 aparatdan yalnız “BakıKart”a məxsus olanı işləyir: "Digər iki aparat isə nasazlıq səbəbindən işləmir. Bu problem artıq bir həftədən çoxdur davam edir və hər gün yaşanır".
"Milli Ön" şirkətindən Lent.az-a bildirildi ki, məsələ ilə bağlı müraciət daxil olub və problem gün ərzində aradan qaldırılacaq.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










