Bakının qoçu sürücüsü – Həm qayda pozur, həm də “trasda” təpik atır - VİDEO-90-SO-003

Aprelin 23-də Bakı-Ələt yolunun 34-cü kilometrində yolun əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Avtosfer.az-ın kamerasına düşüb. Bakı istiqamətində hərəkət edən sürücü qarşıdan əks istiqamətdə hərəkət edən avtomobilə yaxınlaşarkən sürətini azaldıb və yenidən yoluna davam edib. Bundan qəzəblənən 90-SO-003 qeydiyyat nişanlı "BMW"- nin sürücüsü və sərnişini görüntüləri qeydə alan avtomobilin arxasınca gedib təhlükəli manevrlər edərək onun qarşısını kəsiblər. Bu zaman avtomobildən düşən sərnişin sürücüyə yaxınlaşarkən maşına təpik vurub. Bundan sonra onlar yenidən avtomobillə arxasıyca gedərək bir daha təhlükəli manevrlər edərək həmin sürücünün qarşısını kəsiblər.Bu dəfə avtomobildən düşən sürücü də görüntüləri qeydə alan avtomobilə təpik vurub. Nəticədə avtomobilin banı əzilib və sürücüyə maddi və mənəvi ziyan vurublar. Sürücü dərhal DİN-in 102 qaynar xəttinə şikayət edib.
Görünür ki, yolda oyun çıxararaq özlərini haqlı bilən sürücü və sərnişin kimlərəsə arxayındır. Ona görə də bu şəxslər barədə ciddi araşdırma apararaq barələrində tədbir görmək lazımdır ki, bu cür qudurğanlıq etməsinlər.
Avtosfer.az-ın əməkdaşı olan zərərçəkmiş sürücü həmin şəxslər barəsində yuxarı insatnasiyalara müraciət edəcəyini bildirir. Qeyd edək ki, həmin avtomobildə qadağan edilmiş səs siqnalı da var. Videoda səs aydın şəkildə eşidilir.
Fərid
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










