“Bəzi sürücülər köhnə vərdişlərindən əl çəkmirlər” - Elməddin Muradlı

“Yay aylarında yol qəzalarının sayının artması səfərlərin sayının çoxluğu ilə bağlıdır. Çünki sutkanın işıqlı vaxtı çox olur və intensiv səfərlər baş verir. Buna görə hərəkətlilik artır. Hərəkətlilik artırsa təbii ki, diqqətli olmaq lazımdır”.
Avtosfer.az-ın məlumatına görə, bunu açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
E.Muradlı söyləyib ki, bəzi sürücülər köhnə vərdişlərindən əl çəkmirlər və istədikləri qədər məsuliyyətsiz davranışlar nümayiş etdirirlər: “Şərurda baş verən hadisə göstərdi ki, bu insanlar hələ də ötmə manevri qaydalarının nə dərəcədə riskli və təhlükəli olduğunu dərk etmirlər. İctimai qınağa məruz qoyan zaman deyirlər ki, adam tələsir, nə olub ki. Bu insanlar elə harasa tələsir. Onların bəziləri evinə sağ-salamat çatır, bəziləri də çata bilmir, ömrü yarada qalır. O baxımdan yalnız və yalnız diqqətli olmaq lazımdır”.
O vurğulayıb ki, avtomobili yorğun və yuxusuz halda idarə etmək olmaz: “İstirahət üçün yola çıxan, səfərə gedən insanlar var, müxtəlif məqsədlər üçün evdən çıxan insanlar var. Bunlar yalnız səfəri düşünürlər ki, mən yola çıxıram, bu yolu gedirəm, filan yerdə dincələcəm və yaxud da hər hansı bir işim var, onu həll edib qayıdacam. Amma insanlar fikirləşmir ki, mən bu yola hansı vəziyyətdə çıxıram? Gümrah vəziyyətdəyəm, yorğunam, yuxuluyam, xəstəyəm, ümumiyyətlə, mən sükan arxasına keçməliyəm mi? Bax, bu cür məsələlərə yanaşma dəyişilməlidir. Yay və ya qış fərq etməz, ancaq son dərəcə diqqətli olmaq lazımdır. Qayda pozan sürücülərdən başqa qayda pozmayan sürücülər də diqqətli olmalıdırlar ki, qayda pozanların kiçik bir səhvinin qurbanı olmasınlar”./xalqcebhesi.az
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












