BNA çağırış etdi: Erməni iş adamının şirkəti Bakıda işə başladı

Erməni əsilli Tiqran Xudaverdiyana məxsus “Yandeks” şirkəti artıq on gündür ki, Bakıda “Uber taksi” firması ilə əməkdaşlığa başlayıb. Bu barədə Axar.az-a taksi sürücüləri məlumat veriblər. Sürücülərin sözlərinə görə, artıq ötən ildən gündəmə gələn “Yandeks”lə “Uber” şirkətinin şərik işləməsi iki həftəyə yaxındır reallaşıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, qurum həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq. O bildirib ki, həqiqətən də fakt doğrudursa, bu məsələdə vətəndaşlar da diqqətli olmalı və həmin taksi şirkətinin xidmətindən imtina etməlidir: “Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə birbaşa və yaxud, dolayı yolla əlaqəsi varsa, o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq.
Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır”.
BNA sözçüsü əlavə edib ki, ölkə vətəndaşları da bu cür məsələyə bir qədər həssas yanaşmalıdır: “Vətəndaşlar özləri də erməni əsilli şəxsin rəhbəri olduğu şirkətin xidmətindən imtina etməlidir”.
Qeyd edək ki, “Yandeks” və “Uber” xidmətləri Rusiya və MDB ölkələrində biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar.
Xudaverdiyanın təsisçisi olduğu “Yandex Taksi” hazırda 6 ölkədə - Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












