Bu gecə xaos yaratmaq cəhdinə qəti cavab verildi - Şərh

Ötən gecə Mingəçevir İES-də baş verən qəzadan sonra ölkədə işığın verilməsində müəyyən fasilənin yaranmasından sui-istifadə etməyə çalışanlar da oldu. Müxtəlif yalan məlumatlarla əhalidə panika yaratmağa cəhd edənlərə ən gözəl cavabı isə Azərbaycanın onlayn mediası verdi. Onlayn media yayımladığı ardıcıl xəbərlərlə əhalidə təşviş yaradacaq bütün məlumatların əsassız olduğunu sübuta yetirdi. Lakin sosial şəbəkələrdə insanları qorxuya salan bəzi əsassız məlumatların yayılması sözsüz ki, xoşagəlməz hal idi.
Bu cür təxribatların qarşısını almaqda onlayn media və sosial şəbəkələrin müstəsna xidmətləri oldu. Çox əlamətdar hadisə o idi ki, ölkədə işıqların sönməsinə baxmayaraq, onlayn media ölkənin informasiya boşluğuna düşməsinin qarşısını aldı. Serverlərin sönməməsi, portallara girişlərin aktiv olması, internetdəki fasiləsizlik onlayn medianın işinə müsbət mənada təsir etdi. Bu isə Azərbaycanın internet təhlükəsizliyində çox ciddi uğur qazandığından xəbər verir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, 2015-ci ildə “Delta Telekom”da yanğın baş verəndən sonra ölkəmizdəki provayderlər artıq bu cür fövqəladə hallar üçün ciddi təhlükəsizlik tədbiri görüb:
“İnternet provayderlər müvəqqəti olaraq general sistemlərlə çalışdı. Əlavə enerji sistemləri işə salındı. Hesab edirəm ki, internetin dünən yaxşı işləməsi də əvvəlcədən görülən tədbirlərin nəticəsidir”.
O.Gündüz mobil operatorların internetində qismən də olsa problem müşahidə olunduğunu da bildirib:
“Mobil operatorların internetində xırda problemlər yaşandı. Güman ki, bu, onların antenalarını qidalandıran generatorlarla bağlıdır”.
İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu isə bildirib ki, data-mərkəzlər yüksək səviyyədə generatorlarla təmin edilib:
“O serverlər demək olar ki, fasiləsiz işləyirlər. İşıq sönəndən sonra dərhal generatorlar aktiv olur. Bu bütün data-mərkəzlərdə mövcud olan texnologiyadır. İnternetin dayanmamasının əsas səbəbi budur”.
Ekspert vurğulayıb ki, işığın olmaması birmənalı olaraq internetə əlçatımlılığa əngəl törətmədi:
“Dünən axşam müəyyən saytlar mövcud vəziyyətə hakim olmağa çalışdı. Vətəndaşlarda yarana biləcək xaotik vəziyyətin qarşısını almağa nail oldular. Təəssüf ki, bəzi saytların sui-istifadə cəhdləri də oldu. Buna baxmayaraq, ciddi media dünən informasiya boşluğunun və şayiələrin qarşısını səhih informasiyalarla aldı”.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iyulun 2-dən 3-nə keçən gecədən etibarən rabitə müəssisələrinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










