Bu yolda diqqətli olun: cərimələnə bilərsiniz - FOTO

"107.7 FM-də "Naviqator" verilişinə mənə zəng edən bir sürücü dedi ki, onu Tbilisi pr. ilə mərkəzə doğru hərəkət edərkən "İST petrol" qarşısında geriyə dönmə yeri yanında ən sol zolaqda düz getdiyinə görə 40 manat cərimələyiblər." Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. Ə. Hüseynov izah edir ki, adıçəkilən ərazidə təxminən aprel ayından hərəkətin təşkilində dəyişiklik ediblər. "Fotolardan da aydın görünür ki, yuxarıdan 5.8.1 nişanı asmaqla və asfalta 1.18 nişanlanma oxları tətbiq etməklə ən sol zolaqdan yalnız geriyə dönməyə icazə veriblər. Məqsəd odur ki, düzünə istiqamətdə sıxlıq və ya tıxac olanda geriyə dönmə yeri açıq qalsın".
Ekspert sürücüləri xəbərdar edir ki, hərəkətin təşkili ideal olmasa da, diqqətli olun ki, cərimələnməyəsiniz. "Sol zolaqda düz getmək istəsəniz, vaxtında sağa yerdəyişmə etmək lazımdır".
Orxan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













