Bu yolda dövlətin milyonları yeyilib... - FOTOLAR

Mayın ortalarında təmiri başa çatan Hökməli - Qobu yolunun üzərinə nişanlanma xətlərinin çəkilməsi Bakının Güzdək kəndinin sakinlərinin qəsəbəyə gedən yolun nə vaxtsa düzələcəyinə ümidini sıfra endirdi. Avtosfer.az azerinfo.az-a istinadən xəbər verir ki, metronun “20 yanvar” stansiyası ilə Güzdək arasında taksi sürücülüyü edən Aydın təmirin bitdiyi yerə çatanda şikayətini gizlətmir: “Bizə aydın oldu ki, hər gün şəhərə gedib-gəldiyimiz Hökməli yolunun təmiri ilə bağlı verilən vədlərə yenə də əməl olunmadı. Halbuki iki il qabaq rəsmi səviyyədə verilən məlumatda bildirilirdi ki, təmir işləri Hökməli - Qobu - Güzdək yolunu əhatə edəcək. Hətta deyilmişdi ki, təmir olunacaq yolun 2 kilometri Hökməlinin, 3 kilometri Qobunun və 6 kilometri Güzdəyin ərazisinə düşəcək. Bax indi özünüz görürsünüz, Hökməli və Qobunun payına düşən 5 kilometri təmir eləyiblər, Güzdəyin payına düşən 6 kilometr isə bu gündə qalıb. Vallah, Prezidenti aldadırlar. Prezident 11 kilometr üçün pul ayırır, bunlar 5 kilometrini çəkir, gözdən pərdə asırlar, qalan 6 kilometrin pulunu yeyirlər. Az pul yemirlər, hər kilometrə milyonlarla manat ayrılır”. Təmir, demək olar ki, Atyalı palçıq vulkanının yerləşdiyi təpənin altında, Qobu qəsəbəsinin içərisinə dönən yerdə bitir. Amma təmirçilər yolun Güzdəyə qədər olan hissəsinin də təmir olduğunu imtisasiya etmək üçün Güzdək yolunun da 50-60 metrini təmir edərək nişanlayıblar, sonra kələ-kötürlü fələkət yolları başlayır. Sadəcə, təmir bitən yerdən sonra yol maili şəkildə aşağı endiyindən təmirin davam etmədiyi aydın olmur. Yolun Güzdəyə qədər olan hissəsində elə yerlər var ki, yüngül minik maşınları keçə bilmir və yolun kənarı ilə qruntun üzərində hərəkət etməyə məcbur olur. Kənd camaatının ən çox istifadə etdiyi “20 yanvar” avtobusları da bu yoldan keçir və bir az təcrübəsiz sürücü hər an qəzaya səbəb ola bilər. Yəni hər gün yüzlərlə Güzdək sakini həyati təhlükə ilə üzləşməli olur.
![]()
![]()
![]()
![]()
![]()
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












