"Caspian Plaza"da yanğın zamanı içəridəkiləri xəbərdar etməyiblər: Vəkildən açıqlama - FOTO

Bu gün Caspian Plaza adlanan binada yanğın baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə tanınmış Vəkil, Asif Abdullayev öz feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, yanğın baş verən zaman o da həmin binanın kabinetində iş başında olub. Lakin baş verən yanğından xəbəri olmayıb. Çünki, yanğın barədə heç bir həyəcan siqnalı və digər yanğından mühafizə üçün olan qurğular işə düşməyib. Buradan görünür ki,Caspian Plazanın təhlükəsizlik sistemi yox dərəcəsindədir. Xoşbəxtlikdən güclü yanğın olmadığına görə xəsarət alan olmayıb. Amma yanğın güclü olsaydı nələr baş verə biləcəkdi, bunlar artıq sual altındadır. Asif Abdullayevin yaydığı məlumatı olduğu kimi sizə təqdim edirik:
Bu gün ofisdə (Caspian Plaza) oturub sənədləri nəzərdən keçirirdim. Qəbula gəlmək istəyən şəxs mənə zəng edərək bildirdi ki, binanın qarşısına gəlib, amma içəri daxil ola bilmir. Məndən də soruşdu ki, Siz dəqiq ofisdəsiniz? Ofisdə olduğumu təsdiq etdim və hansı səbəbdən binaya daxil ola bilmədiyini soruşdum. Xanım bildirdi ki "Bina yanır, xəbəriniz yoxdu? İçəri heç kəsi buraxmırlar". Bir az gülüməsdim və bunun həqiqət olduğuna inanmadım. Qapını açaraq dəhlizə baxdım və dəhlizin tüstüləndiyini gördüm. Bundan sonra tez-tələsik ofisi tərk etdim. Sən demə bayaqdan xeyli yanğınsöndürən gəlib, insanlar evakuasiya olunur, amma mən və mənim kimi baş verənlərdən xəbərsiz bir çox insan rahatca ofisdə oturub işini görür.
Bəs yanğından mühafizə sistemi, həyəcan siqnalı və bəzək xarakteri daşıyan digər qurğular nəyə lazım? Bəs FHN-in "yoxlamaları"? Tüstülənmə başlayan zaman insanların evakuasiya məsələsi necə təşkil edilməli idi, buna görə kim məsuliyyət daşıyır? Həyəcan siqnalının işə düşməməsinə və yaxud işlək hala gətirilməməsinə görə kim cavabdehdir?
Bu dəfə ciddi yanğın olmadı, amma ciddi tüstülənmə var idi. 17 mərtəbəli binada tüstülənmə zarafat deyil. Caspian Plazaya gün ərzində yüzlərlə gənc gəlib-gedir, onlara nəsə olsa, kiminsə həbs edilməsi və yaxud "utanmağı" nəyi dəyişəcək?
TƏBRİZ YUSUBOV
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?













