Dizel mühərrikli maşın sahiblərinin NƏZƏRİNƏ! - 5 dəfə artım var

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft məhsullarından dizel yanacağının istehsalı 5,1 dəfə, sürtgü yağları istehsalı 13,3 faiz, neft bitumu istehsalı 2,7 faiz artıb. Dizel yanacağının istehsalının bu qədər artmasının səbəbi nədir?
Avtosfer.az bildirir ki, məsələ ilə bağlı “Bakupost”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dizel yanacağının istehalının artımına səbəb Neftayırma Zavodunda yeni qurğuların işə düşməsidir:
“Uzun müddət idi ki, təmir gedirdi. İndi artıq iki yeni qurğu işə düşüb. Dizel yanacağının istehsalında yeni qurğuların istehsala başlaması ilə əlaqədar ciddi bir artım var”:
Ekspert qeyd edib ki, digər tərəfdən, dizel yanacağına təkcə Azərbaycanda deyil, region ölkələrində də tələbat artıb:
“Ola bilər ki, Azərbaycanın dizel yanacağı ixrac üçün də nəzərdə tutulub. Artan tələbatı ödəmək üçün ölkə xam neftdənsə, daha çox dizel yanacağı ixracına üstünlük verir. Məsələn, qonşu Gürcüstanda Azərbaycan istehsalı olan dizel yanacağı satılır”.
Ekspert əlavə edib ki, ölkə daxilində də istehlak artıb. İşğaldan azad olunmuş bölgələrdə kənd təsərrüfatı və quruculuq işlərinin aparılması üçün dizel yanacağa böyük tələbat yaranıb:
“Ona görə də istehsalatın yenidənqurulması və artan tələbat fonunda istehsalın 5 dəfə artması heç də təəccüblü deyil”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










