DYP yeni dərs ilinin başlanması ərəfəsində təhlükəsizlik tədbirləri görür

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi 2018/2019-cu tədris ilinin başlanması ərəfəsində təhlükəsizlik tədbirlərinin görülməsinə start verdi. Belə ki, yol hərəkətinin təşkilinə diqqət artırılıb, şəhər və rayon ərazisində texniki nizamlanma vasitələri və yol nişanları saz vəziyətə gətirilmiş, piyadaların və nəqliyyat vasitələrinin sərbəst və təhlükəsiz hərəkətinin təşkili üçün hərəkətin sıx olduğu yerlərdə, xüsusilədə təhsil müəssisələrinin qarşısındayolların nişanlanma xətlərinin yenilənməsi prosesinə başlanıb. Avqustun 14-dən 18-dək olan müddət ərzində bu işlərin görülməsi başa çatdırılıb.
Odur ki, bütün piyadalara, xüsusilədə məktəblilərə müraciət edirik ki, yolun hərəkət hissəsini müəyyən olunmayan yerlərdən keçməsinlər. Piyada avtomobil yolunun hərəkət hissəsini piyada keçidindən (zebra xəttindən) keçməlidir. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə nəzərdə tutulur.
Sürücülərə müraciət edirik ki, onlar da öz növbəsində diqqətli olsunlar.
“Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsini sürücülərə bir daha xatırladırıq.
- Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.
Piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə, yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə isə İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Tural Niftalıyev,
Şəki Şəhər DYPB-nin təbliğat və təşviqar üzrə inspektoru,
polis baş leytenantı
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?











