“Giriş qadağandır”, ancaq məhəl qoyulmur - FOTO

Bakının Yasamal rayonunun Əsəd Əhmədov küçəsində bu günlərdə “Giriş qadağandır” nişanı qoyulub. Buna baxmayaraq, hazırda həmin istiqamətdə hərəkət davam edir. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sakinlər nişanın məcburi tələblərinin pozulması haqqında danışırlar.
“Bu nişanın tələblərini pozmaq məcburiyyətindəyəm. Çünki mənim evimə alternativ yol yoxdur. “Giriş qadağandır” nişanı necə qoyula bilər? Bu, real deyil.
Burada yüzlərlə insan yaşayır. Bu istiqamətdə 77 nömrəli avtobus hərəkət etməlidir.
Qaydanı pozmaq məcburiyyətindəyik, ancaq burada təhlükəsiz şəhər kameraları var. Ədalətsiz cərimələr ödəməli olacağıq”, - Əsəd Əhmədov küçəsi 28 P. ünvanında yaşayan sürücülərdən biri deyib.
Bununla əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciət etdik.
V.Əsədovun sözlərinə görə, yol nişanı Əsəd Əhmədov küçəsindəki təmir işləri ilə əlaqədar quraşdırılıb.
“Əgər nişan varsa, onun tələblərinə riayət etmək lazımdır. Həmin ərazidə təhlükəsiz şəhər kameraları var. Onların vasitəsilə qayda pozanlar müəyyələşir. Bu ərazidə yaşayanlar isə “Giriş qadağandır” nişanının tələblərinin pozulması ilə bağlı narahat olmaya bilərlər.
Əgər onlar cərimə haqqında bildiriş alsalar, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə bu ərazidə yaşamaqları ilə bağlı məlumat verə bilərlər. Araşdırmalardan sonra cərimə ləğv ediləcək”, - Əsədov qeyd edib.
Polis polkovniki əlavə edib ki, bu ərazidəki yol nişanı müvəqqətidir. Yaxın günlərdə bu yolda hərəkət tamamilə bərpa ediləcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












