"Koroğlu"da özbaşınalıq: Bakıda hegemon sürücülər peyda olub...

"Koroğlu" metrostansiyası yaxınlığında, körpünün altında dayanıb müştəri gözləyən taksi sürücüləridən şikayət var. Bir çox sürücü həmin ərazidən sərnişin götürərkən digər "avtoritet sürücü"lərin təzyiqi ilə üzləşir.
Avtosfer.az xəbər verir ki, problemlə bağlı Sitat.info-ya danışan şikayətçilər bir neçə taksi sürücüsünün hegemonluq etdiyi bildiriblər.
Qeyd ediblər ki, bu sürücülər özləri üçün ərazini dayanacağa çeviriblər, hətta qəsəbələrdən gələn taksilərə şərtlər də qoyurlar.
"20 Yanvar" istiqamətinə "manatlıq" taksi işləyən bir neçə sürücü sözün əsl mənasında başqa sürücülərə hədə-qorxu gəlir.
Məsələ ilə bağlı həmkarımız ərazidə olub və vəziyyəti araşdırıb.
Sürücü kimi yaxınlaşıb qohumunu avtomobilinə mindirmək istəyərkən, yaxınlıqdakı "Çeşka" sürücüləri ətrafını sarıb və məkandan uzaqlaşmasını tələb ediblər. Sizə bu səlahiyyəti kim verib sualına cavab olaraq - "Burada qanun bizik" -deyə bildiriblər. Danışıq bir qədər də qızışdıqda sürücünü maşından düşürüb "söhbətə" çağırıblar.
Özünü qazi kimi təqdim edən "Mersedes" sürücüsü sükan arxasında olan əməkdaşımıza hücum edib. Media nümayəndəsi olduğunu və vəziyyəti müşahidə etmək niyyətində olduğunu bildirdikdə isə hədələrə məruz qalıb.
Əməkdaşımız məsələ ilə bağlı DYP-nin mətbuat katibi Toğrul Nəsirli ilə əlaqə saxlayıb. O məsələnin diqqətdə saxlanıldığını və araşdırılacağını bildirib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












