Küçə yeməkləri nə qədər təhlükəsizdir? - AÇIQLAMA

Hazırkı dövrümüzdə insanlar vaxt azlığı, ucuz olması və s. səbəblərdən küçə yeməklərinə (hot-doq, şaurma, börek və s.) daha çox üz tuturlar.
Bəs bu küçə yeməkləri insanlar üçün nə qədər təhlükəsizdir?
Avtosfer.az-ın məlumatına görə, "Redaktor.az"a açıqlama verən qida eksperti Fərid Səfərov bildirdi ki, bu, həm qida təhlükəsizliyi, həm də sağlam qidalanma baxımından çox aktual mövzudur.
Onun sözlərinə görə, bu yeməklərin təhlükəsizliyi və sağlamlığa təsiri bir neçə faktordan asılıdır.
"Küçədə hazırlanan yeməklərdə temperatur nəzarəti və sanitar şərait zəif olur. Ət, sous və tərəvəzlər isti havada uzun müddət açıqda qalanda Salmonella, E. coli kimi bakteriyalar çoxala bilər. Qızartma yağı dəfələrlə istifadə edildiyi üçün zərərli oksidləşmiş birləşmələr yaranır. Qida zəhərlənməsi, mədə-bağırsaq pozğunluğu, qarın ağrısı və ishal riski artır. Çoxu ağ un, yağlı sous, emal olunmuş ət məhsulları və duzla zəngindir. Vitamin, lif və faydalı yağlar yoxdur. Uzunmüddətli istehlak piylənmə, xolesterin artımı, ürək-damar və qaraciyər problemlərinə yol aça bilər. Küçə yeməklərində duz və doymuş yağ səviyyəsi çox yüksəkdir. Gündəlik qəbul norması asanlıqla aşıla bilər. Bu, qan təzyiqinin artmasına, damar sərtləşməsinə və şişliyə səbəb ola bilər".

F.Səfərovun vurğuladı ki, çox vaxt istifadə olunan kahı, pomidor, kələm və s. tam yuyulmadan və ya içməli su ilə deyil, adi kran suyu ilə təmizlənir:
"Bu, parazitlər və bakteriyalarla yoluxma riski yaradır. İstifadə olunan xammalın keyfiyyəti və mənbəyi məlum olmur. Bu da tez-tez zəhərlənmə və hətta ölüm halları ilə nəticələnir".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












