Marşrutlar pulsuzdur: bəs aparat niyə söndürülmür?

Sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən sürücü, hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək. Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yaranmış vəziyyətlə əlaqədar bütün marşrutların pulsuz xidmət göstərməsinə baxmayaraq, bəzi sürücülərin ödəniş qəbul etməsinə münasibət bildirərkən deyib. M.Ağayev bildirib ki, əvvəlcədən məlumat verildiyi kimi, 03 iyul saat 19 radələrindən etibarən Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir: “Bununla əlaqədar, daşıyıcılara müəyyən göstərişlər verilib. Həmçinin, qəti şəkildə daşıyıcılara tapşırılıb ki, xüsusi rejim davam etdiyi müddətdə sərnişindaşıma ödənişsiz həyata keçirilsin. Bildiririk ki, bu və xüsusi rejimlə bağlı digər tapşırıqları yerinə yetirməyən, sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək”.
M.Ağayev pulsuz elan olunduqdan sonra marşrut avtobuslarında gedişhaqqı qəbul edən xüsusi aparatların niyə hələ də söndürülmədiyinə və gedişin pulsuz olmasından xəbərsiz olan bir çoxlarının ödəniş etdiyinə aydınlıq gətirməyib. Bildirib ki, bu mövzuda bağlı sosial şəbəkələrdən və KİV-dən daxil olan bütün müraciətlər qeydə alınır və vəziyyət normallaşdıqdan sonra zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












