Maşının mühərrik nömərsi "texpasporta" yazılmayanda nə olacaq? - VIDEO

Avtomobilin mühərikinin nömrəsi məsələsi sürücülər tərəfindən qabardılıb. Belə ki, bəzi avtomobillərdə mühərikdə problem yaranır və dəyişdikdə nömrəsiz mühərrik qoyulur. Sürücü yenidən qeydiyyata getməli və təzə texniki pasport almalıdır. Amma bir çox avtomobillərin isə motoru nömrəsizdir və texniki pasportda da yazılmayıb.
Bu barədə DYP-yə müraciət edən Sahil usta bildirib ki, əgər motorun nömrəsi onun oğurlanmasının qarşısını almaq üçündürsə niyə bütün avtomobillərdə yoxdur? Yox əgər belə deyilsə o zaman nömrənin texniki pasporta yazılmasına nə lüzum var? Yəni, bu problem hansısa qaydada həll olunmalıdır. Ya ümumiyyətlə nömrə yazılmır, ya da hamısı üçün yazılmalıdır. O zaman isə minlərlə nömrəsiz motorlu avtomobil sürən sürücülər gərək mühəriki dəyişsin.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, belə avtomobil yol polisi tərəfindən aşkar olunarsa cərimə meydançasına aparıla bilər. Bunun üçün hətta təhqiqat da aparılması mümkündür. Əgər sübut olunsa da ki, avtomobilin üzərindəki nömrəsiz mühərrik oğurluq deyil, o zaman heç bir problem olmayacaq. Belə hallar xüsusən texniki pasportda mühərrikin nömrəsi yazılan, lakın baxış zamanı mühərrikin nömrəsiz olduğu aşkarlanan avtomobillərlə bağlı baş verir. Lakin əvvəlvədən DYP-də nömrəsiz mühərriki qeydə aldırıb texniki pasportda da mühərrikin nömrəsiz olduğunu qeyd etdirən sürücülər hər hansı problemlə üzləşməyəcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












