“Nümunəvi sürücülərin tanıdılması tədqirəlayiqdir” - Ərşad Hüseynov

Ölkəmizin ən böyük özəl sərnişindaşıma şirkəti olan “Xaliq Faiqoğlu” MMC bu günlərdə sosial şəbəkədə maraqlı layihəyə - “Bizim nümunəvi sürücü” rublikasına start verib. Məqsəd təcrübəli sürücüllərin ictimaiyyətə daha yaxından tanıdılmasına nail olmaqdır. Son vaxtlar sürücü-sərnşin konfiliktlərinin artdığı, ictimai nəqliyyatda aqressiv davranış və hərkətlərin çoxaldığı bir zamanda nümunəvi sürücülərin təbliği, onların sərnişinlərə daha yaxından tanıdılması sürücü-sərnişin münasibətlərini yumşalda, bu münasibətləri daha xoş, daha arzuedilən məcraya yönəldə bilərmi?
Moderator.az-a açıqlama verən nəqliyyat məsələləri üzər ekspert Ərşad Hüseynov bu və bu kimi addımların təqdirəlayiq olduğunu vurğuladı: “Təbii ki, bu istiqamətdə görülən hər bir iş alqışa layiqdir. Təəssüflər olsun ki, cəmiyyətimizdə bəzən adi insani münasibətlərdə belə arzuediləməz kənaraçıxmalar olur. Aqressiv davranışlara rast gəlirik. Insanların bir-birinə xoş münasibətinə elə də rast gəlinmir. Əksinə, neqativ münasibətlər müşahidə edilir. Bəzən etiketden az da olsa kənara çıxma halları dava-dalaşa səbəb olur. Hətta bu, cinayət xarakterli əməllərə gətirib çıxardır. Bu səbəbdən nümunəvi sürücülərin tanıdılması, həvəsləndirici tədbirlər, maddi-mənəvi həvəsləndirmələr olduqca əhəmiyyətlidir. Hətta kiminsə adını çəkib onun ünvanına bir neçə xoş söz deməyin özü də faydalıdır. Bu kimi addımları alqışlamaq lazımdır. Unutmayaq ki, sərnişin-sürücü, sərnişin-sərnişin, yaxud sürücü-sürücü münasibətlərinin təməlində bir-birinə xoş olmayan yanaşmalar dayanır. Bu kimi tədbirlər isə insanları bir-birinə daha diqqət və ehtiramla yanaşmağa sövq edir. Bu baxımdan, məlum addımların əhəmiyyəti danılmazdır”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?













