Parklanma məntəqələrinin azaldılması sürücülərə nə verəcək? - AÇIQLAMA

Ödənişli parklanma məntəqələrinin sayının 3 dəfədən çox azaldılması insanlarda narahatlıq doğurur. Sürücülər məntəqə sayının azaldılması ilə park yerlərinin də azaldılacağından ehtiyat edir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, küçə boyu parklanma məntəqələrinin sayının azaldılması müsbət nəticə verəcək:
“Küçə boyu məntəqələrin sayının 2400-dən 690-a endirilməsi o deməkdir ki, küçə boyu fərqli məntəqə nömrələri vardısa, onlar vahidləşdirilir. Bu da istifadəçilər üçün daha rahat hala gəlmiş olur. Yəni parklanma sayı azalmır, məntəqələrin sayı azalır. Əvvəl bir küçədə bir neçə fərqli məntəqə olurdusa, indi həmin məntəqələr vahidləşdirilmiş olacaq. Bu, istifadəçilərin daha rahat istifadəsi üçün nəzərdə tutulmuş həlldir”.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ödənişli parklanma məntəqələrinin sayı 2400-dən 690-a endirilib. (Trend)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












