Parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin, svetoforlar isə DYP-nin əlindən çıxdı

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Avtosfer.az-ın məlumatına görə, bu fərmanla Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq edilib. Fərmanla əlaqədar Bakı Nəqliyyat Agentliyinə, Nazirlər Kabinetinə və Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.
Fərmanla bağlı açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, əsas və maraqlı yeniliklər olacaq. Belə ki, ölkəmizdə də svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar milli qanunvericiliyimiz olacaq. Bakıdakı bütün parklanma yerləri Bakı Nəqliyyat Agentliyinə veriləcək. Bundan başqa, bütün avtobus və taksi dayanacaqları da Agentliyin balansına veriləcək.
Bakının bütün svetoforları vahid mərkəzdən idarə ediləcək. Yəni, bundan sonra bütün svetoforlar BNA-nın tabeliyindəki Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq. Lakin çox güman ki, idarəetmə mexanizmi DYP ilə birlikdə təşkil ediləcək,
Fərmana əsasən, Bakının bütün küçələrində hərəkətin təşkili vəziyyəti təhlil olunacaq və təbii ki, xeyli əhəmiyyətli düzəlişlər olacaq. Bakıda ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması üçün real tədbirlər görülməsi (avtobus parklarının yaradılması, sürücülərin xüsusi hazırlığı, texniki nəzarət və s.) mümkün olacaq.
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












