Parkomatlarda yeni və qanunsuz sistem tətbiq edilir - VİDEO

Bakıda müvəqqəti saxlama dayanacaqlarında yeni sistemin tətbiqinə başlanılıb. Avtosfer.az-ın məlumatına görə, bundan sonra ödəniş parkomatlara deyil, parklanma nəzarətçilərinə ediləcək. Yəni ödənişləri nəzarətçilər qəbul edəcəklər. Artıq nəzarətçilər ödənişi qəbul etmək üçün yeni cihazlarla təchiz olunublar. Artıq yeni sistem paytaxtın bir çox yerlərində işə düşüb. Ancaq sürücülərin əksəriyyəti parkomatların yeni cihazlarla əvəzlənməsi barədə ətraflı məlumata malik deyillər. Sadəcə bildikləri odur ki, ödəniş qiymətlərində heç bir dəyişiklik yoxdur. Həmçinin, əvvəllər bir neçə dəqiqəlik gecikməyə görə güzəştlər edilirdisə, artıq sistem məlumatı elektron qaydada birbaşa bazaya ötürür və buna görə heç bir güzəşt olunmur.
Burada isə bir sıra suallar yaranır. Əgər sürücü dayanacaqdan maşını çıxartdığı zaman nəzarətçi ərazidə olmasa, o, pulu ödəyə bilməyəcək. Belə olan halda isə sürücüyə cərimə yazıla bilər. Cərimənin məbləğini və parkomatların bundan sonrakı taleyini öyrənmək istəsək də, aidiyyəti rəsmi qurumlardan heç bir məlumat ala bilmədik.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov yeni aparatlar barədə məlumatsız olduğunu bildirdi. Bakı Nəqliyyat Agentliyindən isə dedilər ki, müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsizdirlər. Bakı şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı məlumatlarının olmadığını bildirdilər.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










