Piyadanı vurub özünü polis kimi təqdim edən sürücü saxlanıldı - DYP

Xəbər verdiyimiz kimi, dünən Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə 8-ci kilometr qəsəbəsində baş verib. Nizami rayonu, Şərifli küçəsində yaşayan 1953-cü il təvəllüdlü Sarıyev Tofiq Əmrah oğlu 8-ci km bazarının qarşısından yolun digər tərəfinə keçərkən onu qara rəngli minik avtomobili vurub. Piyada ağır xəsarət alıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Yaralının yaxınlarının "Report"a verdiyi məlumata görə, hadisəni törədən sürücü özünü polis əməkdaşı kimi təqdim edib. Daha sonra yaralıya lazımı yardım göstəriləcəyini bildirirək, hadisə yerindən uzaqlaşıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, həqiqətən də belə bir hadisə baş verib. Hadisəni törədən Ağdərə rayon sakini, 1979-cu il təvəllüdlü Talıbzadə Ruslan Mirtahir oğludur. O, idarə etdiyi “Volkswagen Passat” markalı, 90 VX 655 dövlət qeydiyyat nişanlı avtomobillə dünən saat 21.59-da Nizami rayonu ərazisində piyadanı vurub. Onun görüntüləri kameralar vasitəsilə Nizami rayon DYPŞ-nin əməkdaşları tərəfindən aşkar olunub. Hadisədən sonra sürücü Ruslan Talıbzadə həmin piyada Tofiq Sarıyevi öz xahişi ilə evinə aparıb və deyib ki, yarım saat sonra qayıdıb gəlib onu xəstəxanaya aparacaq. Bunu deyəndən sonra evi tərk edib və geri qayıtmayıb. Onun gəlmədiyini görən piyada saat 23.00 radələrində 3 saylı kliniki xəstəxanaya müraciət edib və bildirib ki, özünü polis işçisi kimi təqdim edən şəxsin idarə etdiyi avtomobil tərəfindən vurulub. Lakin polis əməkdaşları tərəfindən saxlanılaraq dindirilən sürücü özünü polis kimi təqdim etmədiyini bildirib. Araşdırma zamanı məlum olub ki, həmin şəxs 8-cı kilometr bazarında kiçik ticarətlə məşğul olur.
Artıq sürücü saxlanılıb və faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Elmin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










