Protiv gedir, nömrəsi yox, fara yanmır - Ölüm saçan sürücü - VIDEO

Sosial şəbəkələrdə yayılmış video izləyənlərin qınaq obleykitnə çevrilib. Belə ki, qaranlıq vaxtı, işıqları və nömrəsi olmayan köhnə “QAZ 24” markalı avtomobil hərəkətin əksinə gedir. Özü də qaranlıq vaxtda. Yoluna çıxdığı sürücü isə avtomobili saxlayaraq onun geri dönməsini istəyir. Maşından düşən sürücü yaxınlaşaraq “kasıb adamam, bura daha yaxındır, ona görə gedirəm” deyir. Amma digər sürücü ona izah edir ki, bu vəziyyətdə ya özünü, ya da digərlərini qəzaya salıb xəsarət yetirə bilər. Qayda pozan sürücü inad göstərdikdə onun qarşısını kəsən sürücü polis çağıracağını bildirir.
Videonu çəkən şəxs qınaq obleyktinə çevriləcəyini bildiyi üçün bu sözləri də videoya əlavə edib. “İndi bəlkə də deyəcəksiniz ki, gücünüz kasıba çatır, amma 1 manatından keçməyib işığını dəyişməyən, "protv" gedən bu “kasıb” sizin əzizlərinizin olduğu avtomobili vursa və xəsarət yetirsə necə olacaq?”.
Qeyd edək ki, bu cür məsuliyyətsiz sürücülər az deyil. Yalnız özlərini düşünən və “mənə heç nə olmaz” prinsipi ilə hərəkət edənlər bəlkə də nə qədər böyük fəlakətlərə səbəb olacaqlarının fərqinə varmırlar. Məsələn, elə bu avtomobilin sürücüsü bahalı bir maşını vursa, deyək ki, xəsarət də olmasa, onda necə edəcək? Avtomobili nə ilə düüzəltdirəcək? “Kasıb adamam" deyib yazıq sifəti almaqla heç kim ona kömək etməyəcək. Nömrəsi yox, texniki baxışı yox, sığortası da ki Allah bilir”.
Avtosfer.az həmin gprüntüləri təqdim edir:
Orxan
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










