Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?

Qarlı və buzlu hava şəraiti bir çox hallarda yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Lakin bəzi sürücülər belə vəziyyətlərdə baş verən qəzalar zamanı məsuliyyətdən yayınmağa çalışır və hava şəraitini əsas gətirirlər.
Bəs, bu halda dəymiş zərər kim tərəfindən ödənir?
Mələsə ilə bağlı açıqlama verən sığorta məsələləri üzrə ekspert Vüsal Kərimov bildirib ki, ilin hansı fəsli olmasından və hava şəraitindən asılı olmayaraq, yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərər zərərvuran şəxs tərəfindən qarşılanmalıdır.
Ekspertin sözlərinə görə, qarlı və ya buzlu yol şəraiti hadisəyə görə məsuliyyəti aradan qaldırmır. Əgər qəzanı törədən avtomobil icbari sığorta ilə sığortalanıbsa, bu zaman qarşı tərəfə dəymiş zərər Mülki Məcəllənin 926-cı maddəsinə və "İcbari sığorta haqqında" Qanunun 13-cü maddəsinə əsasən, təqsirkar sürücünün avtomobilini sığortalayan sığorta şirkəti tərəfindən ödənilir.
V.Kərimov qeyd edib ki, təqsirkar şəxsin idarə etdiyi avtomobilə dəymiş zərər isə yalnız həmin nəqliyyat vasitəsi könüllü sığorta ilə sığortalanıbsa, müvafiq sığorta şirkəti tərəfindən qarşılanır:
"Avtomobil könüllü sığorta ilə təmin edilməyibsə, bu halda dəymiş zərəri təqsirkar sürücü özü ödəməli olur"./milli.az
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI










