Qəza gündüz olsa, nələr olardı? - Ekspert

İstənilən ölkədə elektrik enerjisi və infrastrukturla bağlı texniki problemlərin olması mümkündür. Amma ölkənin buna hazırlıqlı olması lazımdır. Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı, ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ölkənin bir mənbədən asılılığının kifayət qədər ciddi problemlərin yaranmasına şərait yaratdığı bu qəza ilə ortaya çıxdı:
“Mingəçevirdə müəyyən bir qəzanın olması bütün ölkənin işıq, elektrik sisteminə mənfi təsir göstərib. Bu onu deməyə əsas verir ki, Azərbaycanda sistemin kəsintisiz çalışması üçün infrastruktur tam hazır deyil”.
Ekspert vurğulayıb ki, elektrik sisteminin tamamilə çökməsi baş verdikdə alternativ mənbələr dərhal işə düşməlidir:
“Azərbaycan böyük layihələrin həyata keçirilməsində liderlik edir. Amma ölkə daxilində elektrik sistemi ilə bağlı alternativ mənbələrin olmaması və bir mənbədən asılılıq narahatlıq yaradır. Mütləq alternativ mənbələr olmalıdır”.
Ekspert qeyd edib ki, əgər bu qəza gündüz saatlarında baş versəydi, bank sistemi, pul köçürmələri, xəstəxanalar və digər müəssisələrdə ciddi problemlər yaşanardı.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












