Qəzada ölən əkiz bacıların - Biri nişanlı, digəri isə universitetə imtahan verəcəkmiş

Bu gün səhər saatlarında Sabirabad rayonunun Şəhriyar kəndində pambıq tarlasına gedən bir nəslin altı üzvünün faciəli sürətdə həlak olması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. Avtosfer.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, faciəyə səbəb olan 24 yaşlı İmanov Xalid Əjdər oğlu hazırda Şirvan Şəhər Xəstəxanasında reanimasiyadadır. Bu barədə hadisədə həlak olan Elnarə Bağırovanın qardaşı Afət Kərimov bildirib. Onun sözlərinə görə, 6 nəfərin ölümü, 2 nəfərin yaralanmasına səbəb olmuş şəxs komadan ayılsa da danışmaqda çətinlik çəkir və şok vəziyyətindən tam olaraq ayılmayıb. Hadisə zamanı 24 yaşlı traktor sürücüsünün anası da həlak olub. Bir ailənin üç üzvünün həlak olduğu faciədə ölən Fatimə və Zəhra Bagırovalar əkiz bacı olub. Onların anası Elnarə Bağırova da qoşqunun altında qalaraq dünyasını dəyişib. Anasını və iki bacısını itirən 10 yaşlı Əli Bağırov deyib ki, rəhmətə gedən bacılardan biri nişanlı olub. O biri isə on gün sonra ali məktəbə qəbul imtahanına hazırlaşırmış.
Həlak olan Elnarə Bağırovanın qardaşı Amil Kərimov isə bildirib ki, yeznəsi Teymur Bağırov hadisədən xəbərsizdir: “Ona deyiblər ki, anası rəhmətə gedib. Bilmir ki, iki qızı, yoldaşı dünyasını dəyişib. İndi yoldadı, dəfnə çata bilmədi. Pul qazanmaq üçün Rusiyaya getmişdi. İki ay sonra nişanlı qızına toy edəcəkdi, o da belə oldu. Zəhra universitetə hazırlaşırdı. Mayın sonunda imtahan verəcəkdi. Deyirmiş ki, ali məktəbə qəbul olum, qurban kəsərsiniz. Qismət deyilmiş”.
Qonşuların sözlərinə görə, Bağırovlar ailəsinin indi iki övladı qalıb: “Biri qızdı, 9-cu sinifdə oxuyur. Balacası isə Əlidir. 6-cı sinif şagirdidir. Həlak olan əkiz bacılar isə bu il məzun olacaqdılar”.
Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən şəxs ikinci dəfədir ki, qəza törədib. Bundan əvvəl də onun traktoru aşıbmış. Bu səbəbdən də Bağırovlar ailəsi Xalid İmanovun sürdüyü traktora minmək istəməyiblər: “Getmək fikirləri yox idi. Deyiblər ki, Xalid traktor sürə bilmir. Traktoru da təzəcə alıbmış. Naşı olub. Elnarə və iki qızı ilk dəfə baldızıgilə köməyə gedirlərmiş. Hadisəyə səbəb yüksək sürətlə kələ-kötür yolla irəliləyən traktorun qoşqu birləşdiricisinin yerindən çıxması olub. Sürücü traktorun əyləcini basıb ki, “lapet” traktora dəyib dayansın. O da əksinə olub. Lapet kollektora doğru yuvarlanıb. Çünki lapetin sol tərəf təkərləri yoxuşda olub və əyləc basılanda təkərlər göyə qalxıb. Qoşqu traktora dəyərək kanala yuvarlanıb”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










