''Range Rover''in törətdiyi dəhşətli qəzadan yeni görüntülər - Nə baş verir? – FOTO

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır qəzanın təfərrüatları məlum olub. Dəhşətli qəzaya səbəb olduğu iddia olunan ''Range Rover'' markalı avtomobilin sürücüsü hüquq-mühafizə orqanı, daha doğrusu, polis əməkdaşıdır. Qəza dünən gecə Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib. 37 yaşlı Rahid Məmmədov idarə etdiyi 10-HF-590 dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobillə üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə ikən, yüksək sürətlə qəfil qarşısına çıxan "Range Rover"lə toqquşub.
Şahidlərin sözlərinə görə, qəza nəticəsində "Range Rover"in sürücüsü yüngül bədən xəsarətləri alıb. Zərbənin gücündən yoldan kənara düşən "Range Rover" yanmağa başlayıb. "Ford" markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orxan Orucov xəstəxanaya çatdırılarkən yolda, sürücü R.Məmədov isə hadisə yerində dünyasını dəyişib. Onların baş və bədənində, ayaqlarında çoxsaylı əzik və sınıq xəsarətləri olub. Onların olduğu avtomobil yoldan çıxaraq aşıb.
Criminal.az saytına verilən məlumata görə, qəzada yanan 10 XR 009 dövlət qeydiyyat nişanlı "Range Rover” markalı avtomobil polis əməkdaşına məxsusdur. İddia olunur ki, avtomobilin sahibi Abşeron rayon Polis Şöbəsinin əməkdaşıdır.
Abşeron rayon Polis Şöbəsindən Criminal.az-a bildirildi ki, həmin avtomobilin sürücüsü Abşeron rayon Yol Polis Şöbəsinin əməkdaşıdır. Lakin qəza zamanı sükan arxasında özü olmayıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 10 XR 009 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobil Xəyal Elxan oğlu Məmmədova məxsusdur.
Maraqlısı budur ki, qəzada ölənlərin ayaqqabıları hadisə yerində qalıb. Lakin ölənlərin yaxınları deyir ki, hadisə yerində 2 yox, 3 cüt ayaqqabı olub. “Range Rover”in sürücüsünün də o cür dəhşətli qəzadan sağ çıxıb hadisə yerindən qaçması bu qəza ilə bağlı müəmmalar yaradır.
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı



























