"Şirinlik" üçün toy karvanının qarşısını kəsirlər - VİDEO

Gənclər "şirinlik" almaq üçün toy karvanının qarşısını kəsirlər. Amma sürücü nə avtomobili saxlayır, nə də sürəti azaldır.. Hətta uşaqların bu hərəkətinə məhəl qoymayaraq gəlin maşınını onların üzərlərinə sürür. Son vaxtlar toy karvanının qarşısını kəsmək kimi adət-ənənəmiz əyləncədən daha çox uşaqlar üçün təhlükə mənbəyinə çevrilir.
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, toy karvanının qarşısını kəsmək ənənə kimi xoş olsa da, bəzən bunun acı nəticələri də olur. Onun sözlərinə görə, indiki zamanda bəy-gəlin maşınının qarşısını kəsmək adəti öz gözəlliyini itirib və təhlükəli hal alıb.
Sosioloq hesab edir ki, toy karvanının qabağı kəsilərkən baş verə biləcək qəzalardan qaçmaq üçün maarifləndirmə işləri aparılmalıdır. Onun fikrincə, bu halların qarşısını almaq üçün cərimələr də tətbiq edilə bilər.
Nəqliyyat ekspertləri isə deyirlər ki, gəlin maşınının qabağı adətən ara küçələrdə kəsildiyi üçün burda hansısa cərimədən söhbət gedə bilməz. Sadəcə olaraq belə adətlər icra edilərkən diqqətli olmaq lazımdır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












