Süpürgəçiləri təhlükədən qoruyan "yol nişanı" təhlükə mənbəyinə çevrilib - VIDEO

Bir müddət əvvəl Bakıda yol kənarlarını süpürən qadını avtomobil vurdu. Bundan sonra aidiyyəti qurumlar problemin qarşısını almaq üçün müxtəlif addımlar atdılar. DYP süpürgəçilər üçün işıqlı jiletlər payladı. Amma sonra məlum oldu ki, bateriyası bitdiyi üçün jiletlərin işığı sönüb. Bakı şəhər icra hakimiyyəti də problemə "həll yolu" tapıb. Süpürgəçilər üçün portativ "yol nişanı" düzəldib. Ümumiyyətlə qanunda da olmayan bir işarə qoyaraq üçbucaq şəklində bir "yol işarəsi" düzəldiblər. Özü də təkərli. Bir əlində süpürgə, digərində vedrə tutan süpürgəçi hələ bu təkərli nişanı da daşımalıdır. Yol polisi, ekspertlər bununla bağlı açıqlama verərək düzgün olmadığını bildirdilər.
Amma iş bununla da bitmir. Belə ki, bu nişanlar o qədər keyfiyyətsiz hazırlanıb ki, yüngül meh əsəndə yıxılır. Bakının küləkli şəhər olduğunu, həmçinin yoldan keçən avtomobillərin yaratdığı hava axınını nəzərə alsaq bu təkərli dirək asanlıqla yıxıla bilər. Kimisə qorumağı bir yana qalsın avtomobilin altında qalıb qəzaya səbəb olar və.s.
Sosial şəbəkələrdə vətəndaşın Nobel prospektində çəkdiyi videodan da bu qurğunun necə keyfiyyətsiz olduğunu görə bilərik. Vətəndaş avtomobili saxlayıb həmin dirəyi yolun hərəkət hissəsindən götürür ki, təhlükəyə səbəb olmasın.
Ümid edirik ki, küçə təmizləyən maşınlar gələnə qədər daha ağır fəsadlarla qarşılaşmayacağıq.
Baş DYPİ-dən bildirildi ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılıb və onlar nişanın səhv olduğunu, tezliklə dəyişdirilərək 1.30 nişanı ilə əvəzlənəcəyini bildiriblər.
Orxan Əli
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?













