Sürücü yol polisinin tələbini yerinə yetirmədikdə nə baş verəcək? XƏBƏRDARLIQ - VİDEO

Son vaxtlar yol polisi ilə mübahisəsini videoya çəkib sosial şəbəkələrdə yayan sürücülərin sayı artıb. Avtosfer.az xəbər verir ki, Dövlət Yol Polisi sürücülərə belə hallara yol verməmələrini tövsiyyə edib. Ancaq ekspertlər fərqli düşünürlər. Onların fikrincə, belə videolar məsələnin daha şəffaf araşdırılmasına xidmət edir. Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan və yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən sürücülərə xəbərdarlıq edib. Belə hərəkətlərə yol verən sürücülərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək. Bundan başqa, yol polisi saxlanılma zamanı onları lentə alan sürücülərə şou yaratmamalarını da tövsiyyə edib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə isə, istənilən sürücü yol polisinin görüntüsünü çəkə bilər. Çünki qanunvericilyə əsasən, yalnız şəxsi həyata müdaxilə olarsa görüntüləri çəkmək qadağan edilib.
Ekspert deyir ki, bu kimi hallar problemin daha şəffaf araşdırılmasına xidmət edir və ictimai nəzarətin bir növü hesab olunur. Bununla yanaşı, polis dövlət nümayəndəsidir və onun qanunvericilik çərçivəsində verdiyi göstərişləri yerinə yetirmək məcburidir.
Bundan başqa, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanı mühafizə edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilə və ya bir ayadək müddətə inzibati qaydada həbs oluna bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












