Banner

Taksi sürücüləri niyə kartla ödənişi qəbul etmirlər? - AÇIQLAMA

Yazarlar 4 Oktyabr 2024 16:51 Oxunub 468
Taksi sürücüləri niyə kartla ödənişi qəbul etmirlər? -  AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Taksi xidmətində müəyyən dəyişikliklərdən sonra yaşanan problemlərdən biri vətəndaşların sifariş zaman kartla ödənişi seçdikləri anda taksi sürücüsünün ödənişi qəbul etməyərək sifarişi ləğv etməsidir. 

Bunun nəticəsində sərnişinlər saatlarla taksi gözləməyə məcbur olurlar.  

Bəs, sərnişinlər bu halda nə etməlidirlər? Yaxud şikayət və təkliflərini kimə yönləndirməlidirlər?

Məsələylə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlama verib. 

 

Ekspert açıqlamasında bildirib ki, onlara son zamanlar bu tip şikayətlər çox gəlir, lakin vətəndaşlar da bu prosesdə passiv iştirak edirlər, eyni zamanda öz şikayətlərini dilə gətirə bilmirlər:

"Son günlər bununla bağlı çox ciddi problemlər ortaya çıxır. Xüsusən də "Bolt” şirkətinin adı çəkilir ki, onun sürücüləri lazımsız şəkildə sifarişi əvvəlcə qəbul edirlər, sonra vətəndaşlara zəng vurub deyirlər ki, ya qiymət artıq olmaldır, ya da xahiş edirlər ki, imtina etsinlər. Bəzən isə özləri birtərəfli qaydada sifarişdən imtina edirlər və vətəndaşları çıxılmaz vəziyyətdə qoyurlar. Elə olur ki, 1 adam 5 dəfə taksi sifariş edir. 5-ci və ya 6-cı sifarişdə onu qəbul edirlər. Bu düzgün hal deyil. Belə hallarla qarşılaşan zaman, mən hesab edirəm ki, vətəndaşlar birbaşa AYNA-ya məlumat verməlidirlər. 141 qaynar xətti vətəndaşlar üçün xidmət mərkəzidir. Ora sifarişlərlə bağlı, eyni zamanda taksi sürücülərinə olunan şikayətlər barədə müraciət etsinlər ki, AYNA da bu şirkətlərlə bağlı məsələ qaldırsın, onları məsuliyyətə cəlb etsin".

E. Muradlı qeyd edib ki, indiki halda bu cür sürücülərlə mübarizə metodu yoxdur:

"Belə olan halda, sözsüz ki, şirkətlər də öz sürücülərinə bunu çatdıracaqlar. İndiki halda bir mübarizə metodu yoxdur. Vətəndaşlar da proseslərdə passiv iştirak edirlər. "Mən kiminsə çörəyinə bais olmaq istəmirəm” kimi şablon cümlələrlə özlərinə bəraət qazandırırlar,  məlumat vermək istəmirlər. Sonra da şikayət edirlər ki, bizim sifarişimizə baxılmadı, sürücü bizi əziyyətə salır və s. Mübarizə tədbirlərində mən hesab edirəm ki, bütün cəmiyyət üzdə olmalıdır, öz mövqeyini ortaya qoymalıdır. Bununla belə yaxşı nəticə əldə edə bilərik. Bəzən tətbiqdə göstərir ki, taksi 5 dəqiqəyə çatır. 2,3 dəqiqə keçdikdən sonra isə imtina edir. Nə zəng etmir, nə də xəbər vermir. Vətəndaş isə girinc vəziyyətdə qalır. Bu artıq özbaşnalıqdır. Belə xidmət olmaz”.  

(azxeber.com)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh