Təmizlik işçisi: "Batareyası bitib deyə jiletdən istifadə etmirəm, bizi Allah qoruyur" – VİDEO

Bakıda yol kənarlarında təmizlik işi aparanlar yeni jiletlərdən çox az halda istifadə edirlər. "Report"un əməkdaşlarının paytaxtın müxtəlif rayonlarında apardığı müşahidələr bunu göstərir.
Bakının Nəsimi, Yasamal, Nizami, Sabunçu, Səbail və digər rayonlarının küçə və prospektlərində yeni verilən jiletlərdən istifadə edənlərə rast gəlmək nadir hala çevrilib.
Gecə saat 04:00-dan başlayaraq küçə və prospektləri süpürənlərə rast gəlmək olur. Lakin müşahidələr zamanı onların üzərində jilet olmayıb. Yasamal rayonunda M.V.Şərifzadə küçəsində çalışan təmizlik işçiləri bildiriblər ki, ümumiyyətlə, rayon ərazisində işləyənlər üçün idarəyə ümumilikdə 5 uniforma verilib. Lakin heç kim onlardan istifadə etmir. Mətbuat prospektində işləyən təmizlik işçilərindən biri isə bildirib ki, yeni jiletin cibi olmadığından ondan istifadə etmir. Digərləri isə onlara elə bir forma verilmədiyini bildirib.
Nəsimi, Səbail, Nizami rayonunda da təmizlik işi aparanlar eyni problemi yaşayırlar.
Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində isə cəmi 6 nəfərin yeni verilən jiletlərdən istifadə etdiyinin şahidi olduq. Onların cəmi üç nəfəri jiletin sayrışan işıqlarını işə salıb.
Yaşlı qadın belinə iplə qutunu bağlayaraq yağışlı hava şəraitində təhlükəni nəzərə almadan prospektin kənarlarını süpürür. Havanın qaranlıq olmasına baxmayaraq, o, sayrışan işıqlardan istifadə qaydalarından xəbərsizdir. Sual verdikdə, qadının cavabı belə oldu: "Yəqin ki, batareyası (elementi) qurtarıb. Onsuz da bizi Allah qoruyur. Nə qədər jilet olsa da, neçə yaşına qədər yaşamağımız bəxt və taledən asılıdır".
Bəziləri isə işıqqaytarıcının heç əvvəldən işləmədiyini deyib.
Qeyd edək ki, sözügedən jiletlər DİN rəhbərliyinin sifarişi ilə magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxsləri avtomobil qəzalarından qorumaq məqsədi ilə hazırlanıb. Geyimlərin əsas üstünlüyü üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıqqaytarıcılarının olmasıdır. Həmin sayrışan işıqlar və işıqqaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub. Jiletlər təmizlik işçilərinə ötən ay paylanılıb.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











